Nardaran qəsəbəsində yeni yaradılmış 42-ci Polis Bölməsinə təyinat olub.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinin rəis müavini Tərxan Əhmədov tutduğu vəzifədən azad edilərək 42-ci Polis Bölməsinin rəis müavini vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, bir neçə gün əvvəl açılışı olan 42-ci Polis Bölməsinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq polis polkovniki Azər Cahangirova həvalə edilib.
www.oxu.az