Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Nardaranda ağır qəza: Minik və yük avtomobilləri toqquşdular
"Bakının Sabunçu rayonu Nardaran qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb".
Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli deyib.
O, qeyd edib ki, hadisə bu gün saat 10-da sözügedən ərazidə qeydə alınıb:
"Belə ki, MAN markalı 77-AV-629 dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsü idarəetməni itirərək "Mercedes Benz" və "Toyota" markalı avtomobillərə çırpılıb. Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alanlardan biri, "Mercedes" markalı avtomobilin yanında dayanan Murad Raqib oğlu Abbasov, digəri isə nəqliyyat vasitələrinin birində sərnişin qismində olan Akşin Məhəmməd oğlu Ağamalıyevdir. Hazırda faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır".
Bakının Sabunçu rayonu Nardaran qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
77-RZ-481 dövlət nömrə nişanlı "Toyota Aqua" avtomobili yük avtomobili ilə toqquşub. Nəticədə minik maşını yolayrıcının üstündə olan kamera dirəyinə çırpılıb və dirək əyilib.
Hadisə nəticəsində xəsarət alanın olub-olmaması ilə bağlı məlumat yoxdur.
Əzizə İsmayılova
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakının Ziya Bünyadov prospektində qəza: Avtomobilləri evakuatorlar kənarlaşdırır
- Rusiyada ağır avtomobil qəzası: Moskvaya gedən yol bağlandı
- Pakistanda sərnişin mikroavtobusu dərəyə aşdı: 10-dan çox ölən, 20 yaralanan var
- Şəkidə QƏZA: Ata həlak oldu, xəsarət alan iki nəfərin son vəziyyəti AÇIQLANDI
- Bakı-Qazax magistralında qəza: Yüklər yola dağıldı, nəqliyyatın hərəkətində çətinliklər yarandı