Nardaran qəsəbəsində yolların genişləndirilməsi ilə əlaqədar söküntü ərazisinə düşən mülkiyyət sahiblərinə kompensasiyalar veriləcək.
Bunu Oxu.Az-a Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
O qeyd edib ki, hazırda bununla bağlı sənədlər toplanılır:
“Bütün sənədlər toplanandan sonra aidiyyatı qurumlara təhvil veriləcək. Maliyyə Nazirliyi tərəfindən hər bir mülkiyyətçinin adına bank hesabı açılır. Vəsait bank hesabına qoyulur. Alqı-satqı prosesindən sonra vəsait mülkiyyətçinin bank hesabına ödənilir”.
E.Ə.
www.oxu.az