Bakıda avtomobil 55 yaşlı kişini vurub.
Oxu.Az xəbər verir ki, hadisə "Nargilə dairəsi" kimi tanınan ərazidə baş verib.
Minik avtomobili yol kənarında dayanan 1964-cü il təvəllüdlü Bayramov Rəfael Oruc oğlunu vuraraq ağır xəsarət yetirib.
Yaralı təcili olaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu