Jurnalın bu sayında Nepalda canlı ilahə kimi sitayiş olunan kiçik qızlar – kumarilər, planetin ən ağıllı heyvanları hesab olunan delfinlərin müəmmalı ünsiyyəti, bir zamanlar böyük daxili sututar olmuş Aral dənizinin acınacaqlı taleyi, Hindistanın təbii sərvətlərinin bu ölkədə silahlı üsyanı necə alışdrıdığı barədə oxuya, Kanadanın az tədqiq olunmuş, gözəl guşələrindən olan Yoho Milli Parkı barədə maraqlı fotojurnalı izləyə bilərsiniz.
Oxu.Az xəbər verir ki, həmçinin, “Tədqiqat” rubrikasında artıq ənənə halını almış “yerli məqalələr” silsiləsində bu dəfə məişət tullantılarının emalı vasitəsilə elektrik enerjisinin əldə olunması, Xan Qızı Natəvanın oğlu Mehdiqulu xanın sevimli atı Gül-Günün tarixçəsi barədə oxuya bilərsiniz.
Peşəkar fotoqrafların jurnalı bəzəyən fotoşəkilləri hər zaman olduğu kimi, məqalələrdən zövq almaqda sizə yardımçı olacaq.
Xatırladaq ki, dünyaca məşhur “National Geographic” brendi Azərbaycana 2014-cü ilin mart ayında “Garant Media Holding”in təşəbbüsü ilə gətirildi və “National Geographic Azərbaycan” jurnalı ilk buraxılışını sentyabrın 1-də Heydər Əliyev Mərkəzində təntənəli şəkildə təqdim etdikdən sonra dərgi ölkənin bütün satış nöqtələrinə çıxarıldı.
Jurnalı istənilən satış nöqtəsindən ala bilməklə yanaşı, ona həm də abunə olmaq mümkündür.
Dərginin satış qiyməti 4 manat təşkil edir. Bu qiymətə Azərbaycanın istənilən nöqtəsinə çatdırılma da daxildir.
Jurnala 012 563 56 25 (daxili nömrə 302) telefon nömrəsi ilə zəng edib abunə yazılmaq olar.
