Balaca oxucularımız “National Geographic Kids” jurnalının bu sayında çox qəribə və maraqlı heyvanlar olan surikatların qeyri-adi xüsusiyyətləri; dünyamızı yaşıllaşdırmağın maraqlı üsulları; canlı “top”lar olan armadillər; yalan miflər; başgicəlləndirici illüziyalar haqqında oxuyacaqlar.
Oxu.Az xəbər verir ki, əlavə olaraq, Ginnesin Rekordlar Kitabından insanı mat qoyan faktlar, heyvanların inanılmaz dostluğu, bitkilər haqqında heyrətamiz məlumatlar, məzəli heyvanların başına gələnlər, kosmosa xəyali səyahət uşaqları heyrətləndirəcək. Şəkilli tapmacalar və “Biliyinlə Qazan!” rubrikasının düşündürücü sualları onların böyük marağına səbəb olacaq.
Xatırladaq ki, 2014-cü il 12 noyabr tarixində “Garant Media Holding” və “National Geographic” Cəmiyyəti arasında “National Geographic Kids” uşaq jurnalının Azərbaycanda dərc olunması ilə bağlı müqavilə imzalanmışdı.
Jurnalı istənilən satış nöqtəsindən ala bilməklə yanaşı, ona həm də abunə olmaq mümkündür. Qiyməti 3 manatdır. Azərbaycanın istənilən nöqtəsində istənilən ünvana çatdırılma pulsuzdur.
Abunə yazılmaq və əlavə məlumat almaq üçün (012) 563 56 25 (daxili nömrə 302) nömrəsinə zəng edin.
