Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Naxçıvan polisinə yeni avtomobillər verildi - FOTO
Naxçıvanda polis orqanlarına yeni xidməti avtomobillər təqdim olunub.
Oxu.Az xəbər verir ki, bununla yanaşı Naxçıvan Muxtar Respublikasının Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsinin yeni inzibati binası da istifadəyə verilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan MR-in daxili işlər naziri general-mayor Süleyman Neymətov iştirak edib.
Bildirilib ki, Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan MR Daxili İşlər Nazirliyinə 16 yeni xidməti avtomobil təqdim edilib.
Bunlardan 4 ədəd BMW markalı avtomobil yol-patrul xidməti, “JAC-T8” markalı 12 avtomobil isə mühafizə polisi, post-patrul xidməti və Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsi üçün nəzərdə tutulub.
"Fuad Nəcəfli" teqi üzrə xəbərlər
- İqtisadi Şuranın iclası KEÇİRİLDİ: 2025-ci il üzrə Fəaliyyət Planı müzakirə OLUNDU
- Naxçıvanda Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 55-ci ildönümü qeyd olunub
- Naxçıvanda bəzi sahələrdə ciddi nöqsanlar aşkarlanıb
- Fuad Nəcəfli Əlahiddə Ümumqoşun Orduda olub, xidmət şəraiti ilə maraqlanıb - FOTO/VİDEO
- Fuad Nəcəfli: “11 prioritet sahəni əhatə edən proqramdakı layihələrin icrasına başlanılır” - FOTO