Bu gün Naxçıvan Muxtar Respublikasında ağır yol qəzası baş verib.
Oxu.Az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hərbi yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilində olan 5 nəfər - Kübra Əliyeva, Ümid Əliyev, Uğur Əliyev, Hüseyn Hüseynov və Güllü Hüseynova hadisə yerindəcə keçiniblər.
Minik avtomobilində olan digər iki nəfər - Elmar Fətəliyev və Xəyalə Hüseynova, həmçinin yük maşınında olan müddətdən artıq xidmət edən hərbi qulluqçular - Elşən Şirinov və Urfan Həsənov xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
20:40 11.06.2014
Bu gün Naxçıvan Muxtar Respublikasında ağır yol qəzası baş verib.
Oxu.Az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, bu gün axşam saatlarında Muxtar Respublikanın Kəngərli rayonu istiqamətində hərəkət edən KamAZ markalı hərbi maşın minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində minik maşınında olan 7 nəfərdən 5-i hadisə yerindəcə ölüb.
Digər 2 nəfər isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Ölənlərin arasında azyaşlı da var.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, qəza zamanı yük maşınından olan hərbi qulluqçulardan biri yüngül xəsarət alıb.