Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Naxçıvanda keçirilən Diaspor Gənclərinin IV Yay Düşərgəsinin bağlanış mərasimi olub.
Bu barədə “Report”un yerli bürosu xəbər verib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, digər rəsmi şəxslər və dünyanın 53 ölkəsindən olan 100-dən artıq gənc iştirak edib.
12:23
Naxçıvanda keçirilən “Heydər Əliyev - 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsinin növbəti paneli Azərbaycanın müstəqillik tarixinə həsr olunub.
Panelin qonaqları AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru, professor Solmaz Tohidi-Rüstəmova, İrəvan xanlığının Almaniyada yaşayan varisi Əmir Əli Sərdari İrəvani və tanınmış almaniyalı alim, nəsimişünas Mixael Hess olub.
Solmaz Tohidi-Rüstəmova “Azərbaycançılıq ideologiyası: Məhəmməd Əmin Rəsulzadədən Heydər Əliyevə”, Əmir Əli Sərdari İrəvani “İrəvan xanlığının tarixi”, Mixael Hess isə “Nəsimi insanlığa nə çatdırmaq istəyir?” mövzusunda təqdimatlarla çıxış ediblər.
Düşərgə iştirakçıları hər bir mühazirəni maraqla qarşılayıb, panelçilərə çoxsaylı suallar ünvanlayıblar.