Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanlı kursant Türkiyədə vəfat edib
Azərbaycanlı hərbi kursant Elvin Quluzadə Türkiyədə xəstəxanaya yerləşdirilibmiş.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiyada hərbi təhsil aldığı müddət ərzində, 2024-cü ilin may ayından Omsk şəhərində yerləşən Akademik N.N.Burdenko adına Baş Hərbi Klinik Hospitalda müalicə olunan kursant Elvin Eldəniz oğlu Quluzadə müalicəsini davam etdirmək üçün 19 iyul 2024-cü il tarixindən Türkiyənin Ankara Universitetinin Tibb fakültəsinin xəstəxanasına yerləşdirilib, lakin həkimlərin səyinə baxmayaraq, fevralın 25-də qeyd olunan xəstəxanada kəskin leykemiya, reaktiv perikardit (qan xərçəngi) səbəbindən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Naxçıvan şəhəri Heydər Əliyev adına Hərbi Liseyin məzunu vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, Heydər Əliyev adına Hərbi Liseyin məzunu, Rusiya Hərbi İnstitutunun kursantı Elvin Quluzadə uzun sürən qan xərçəngi xəstəliyi səbəbindən həyatını itirib.
"Xərçəng xəstəliyi" teqi üzrə xəbərlər
- Müalicə yan təsirlərə səbəb oldu: Kral III Çarlz xəstəxanaya yerləşdirildi
- Xərçəngdən əziyyət çəkən dörd yaşlı İbrahim: "Ana, kömək etsinlər, sağalım"
- 50 yaşdan sonra böyrək xərçəngindən qorunmağın yolları açıqlandı
- Ağır xəstəliklə mübarizə aparan türkiyəli məşhur müğənninin vəziyyəti kəskin pisləşdi
- Pomidor bir neçə xərçəng növünə qarşı faydalıdır