Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Türkiyə klubu Şahruddin Məhəmmədəliyevə bir milyon manatdan çox ödəniş etməlidir
Türkiyənin "Adana Dəmirspor" klubu Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevə bir milyon manatdan çox ödəniş etməlidir.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu barədə FIFA-nın Mübahisələrin Həlli Palatası qərar çıxarıb.
Ali futbol qurumu hazırda "Qarabağ"da çıxış edən 30 yaşlı qolkiperin Superliqa təmsilçisi ilə bağlı şikayətini qismən təmin edib.
Adana klubu ona ödənilməmiş mükafat olaraq 100 min ABŞ dolları (təxminən 170 min manat) verməlidir. Ş.Məhəmmədəliyev müqaviləsinin pozulmasına görə isə kompensasiya olaraq 607 min dollar (təxminən 1 milyon 31 min manat) almalıdır.
Hazırda maliyyə problemi ilə üzləşən "Adana Dəmirspor"un bu məbləği ödəyib-ödəyə bilməyəcəyi hələlik bəlli deyil.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2023-cü ilin yayında "Qarabağ"dan "Adana Dəmirspor"a keçmiş, Super Liqa klubu ilə 2 illik müqavilə imzalamışdı.
"Şahruddin Məhəmmədəliyev" teqi üzrə xəbərlər
- "Qarabağ" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb
- "Qarabağ"ın ən bahalı və ən ucuz futbolçusu kimdir?
- Şahrudin Məhəmmədəliyev uzun müddət sonra yenidən yaşıl meydanlara qayıdır
- Şahruddin Məhəmmədəliyevin yaşıl meydanlara qayıdacağı tarix bəlli oldu
- Kim gəldi, kim getdi? - Premyer Liqada transfer pəncərəsi bağlanır