Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Naxçıvanda şagirdlər məcburi hazırlıq kurslarına cəlb olunurlar? - Nazirlikdən AÇIQLAMA
Son günlər müxtəlif sosial şəbəkə ünvanlarında və veb-saytlarda Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində şagirdlərin hazırlıq kurslarına sınaq imtahanları üçün şagirdlərin məcburi cəlb olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən Oxu.Az-a bildirilib ki, nazirliyin hər hansı bir hazırlıq kursu və ya repetitorluq fəaliyyəti ilə məşğul olan şəxslərlə sınaq imtahanlarının keçirilməsi ilə bağlı əməkdaşlığı yoxdur:
“Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən şagirdlərin sınaq imtahanlarına məcburi cəlbi ilə bağlı təhsil müəssisələrinə tapşırıq verilməyib.
Sosial şəbəkələrdə yayılan məlumatların dezinformasiya olduğunu həmin yazılarda adı çəkilən hazırlıq kursunun rəhbəri tərəfindən təkzib edilib, məlumatın yalan olduğu bildirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi olaraq valideynləri bir daha məlumatlandırırıq ki, övladlarınızın sınaq imtahanlarında iştirak edib və ya etməməklə bağlı qərarı yalnız sizə məxsusdur.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi yalnız Dövlət İmtahan Mərkəzinin buraxılış sınaq imtahanının keçiriləcəyi ilə bağlı məlumatını rəsmi “Instagram” səhifəsində paylaşıb.
Əlavə olaraq bildiririk ki, 16 dekabr 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin 100 illiyinə və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərindən olmaqla fənn müsabiqəsi keçirilib. Həmin müsabiqədə muxtar respublikanın ümumi təhsil müəssisələrinin 16 000-ə yaxın 8-11-ci sinif şagirdləri ödənişsiz olaraq iştirak ediblər. Müsabiqə qalibləri 2023-cü ilin tədris yekunlarına həsr edilmiş tədbirdə mükafatlandırılıblar”.
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- "Qalib lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar" konfransı keçirilib
- Rüstəm Minnixanov ulu öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
- "The Rıtz-Carlton Resıdences, Baku" Azərbaycanın paytaxtında təntənəli açılış edib
- Bakının hansı küçələrində sıxlıq var? - 16.12.2024
- Misir Mərdanovun Heydər Əliyevlə bağlı xatirəsi: "Dedi ki, qərarımı xalqa səhv çatdırmısınız"
Rəylər