Azərbaycanda iki azyaşlı uşaq faciəli şəkildə ölüb.
Oxu.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə oktyabrın 23-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda qeydə alınıb.
Rayonun Mahmudkənd kəndi ərazisində Türkiyə vətəndaşı Bayhan Akçay idarə etdiyi “Mercedes” markalı avtomaşınla yolu keçən Düdəngə kənd sakinləri, azyaşlılar - Gülay Rzayeva və onun bacısı Tülayı vurub.
Xəsarətlə xəstəxanaya yerləşdirilən uşaqlar orada ölüb.