Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Naxçıvanda yüksək vəzifəyə YENİ TƏYİNAT - VİDEO
Naxçıvan Muxtar Respublikası təhsil nazirinə müavin təyin edilib.
Oxu.Az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov oktyabrın 16-da Elxan Nəcəfovun Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Elxan Nəcəfov həm də Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edəcək.
Qeyd edək ki, 1982-ci ildə Babək rayonunun Nehrəm kəndində anadan olan Elxan Tarqulu oğlu Nəcəfov bu təyinatadək Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb. O, bu gün kollektivə təqdim edilib.

"Astara" teqi üzrə xəbərlər
- Astarada qar örtüyünün hündürlüyü 90 sm-ə çatıb
- Azərbaycanda ögey ana bacı-qardaşı evdən qovub? - İDDİA
- Alimdən XƏBƏRDARLIQ: "Xəzər dənizi sahilində fundamental tikililər aparmaq olmaz"
- Təcili tibbi yardım avtomobili həkimin maşını ilə toqquşdu, xəsarət alan xəstə öldü
- Astarada qatar yoluna çıxan piyadanın ayağı amputasiya olunub