İtkin düşən qızın ruhi-əsəb xəstəsi olduğu bildirilir.
Oxu.Az xəbər verir ki, Bakıda 27 yaşlı qız itkin düşüb. Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 1969-cu il təvəllüdlü Əhmədova Gülbəniz Heydər qızı müraciət edərək bildirib ki, qaynı qızı itkin düşüb.
Qadın qeyd edib ki, bir müddət əvvəl Naxçıvan Muxtar Respublikası Babək rayonundan onlara qonaq gələn qaynı qızı, 1987-ci il təvəllüdlü Hüseynova Rəsmiyyə Zakir qızı noyabrın 21-də evi tərk edib. Bundan sonra R.Hüseynovadan xəbər almaq mümkün olmayıb.
Şikayətçi bildirib ki, qaynı qızı ruhi-əsəb xəstəsidir və bir müddət bu xəstəlikdən müalicə olunub.
R.Hüseynovanın tapılması istiqamətində iş aparılır.
E.Ə.
www.oxu.az