"Cəzaçəkmə müəssisələrində məhkumlar üçün elektrik montyoru, elektrik-qaz qaynaqçısı, hibrid və elektrik nəqliyyat vasitələrinin təmiri və bir sıra digər sahələr üzrə peşə hazırlığına başlanılıb".
Oxu.Az xəbər verir ki, bunu "Report" və İTV-yə müsahibəsində ədliyyə naziri Fərid Əhmədov deyib.
Nazir bildirib ki, ilkin mərhələdə ildə 1 100 məhkumun sertifikatlı peşə hazırlığına cəlb olunması nəzərdə tutulub:
"Bu prosesə yalnız özəl tərəfdaşlar deyil, eyni zamanda dövlətə məxsus hüquqi şəxslər də cəlb olunublar2. Onlar da cəzaçəkmə müəssisələrində müvafiq infrastrukturun qurulmasına və təlimlərin təşkilinə kömək edirlər".