Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayının komandiri işdən azad olunub.
Oxu.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə Alayın komandiri polkovnik Vüqar Məhərrəmov öz ərizəsinə əsasən tutduğu vəzifəsindən azad edilib və təqaüdə göndərilib.
Onun yerinə Süleyman Hüseynov gətirilib.
Nazir bununla bağlı bir müddət əvvəl əmrlər imzalayıb.

Qaynar xətt:
(055) 224 12 12