Ağır vəziyyətdə Mərkəzi Klinikaya (MK) yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq MK-dan verilib.
"Xəstə xroniki orqan çatışmazlığı diaqnozu ilə Mərkəzi Klinikaya qəbul edilib. Hazırda kompleks müalicəsi davam edir", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, N.Həsənzadə iyunun 26-da xəstəxanaya yerləşdirilib.
Qaynar xətt:
(055) 224 12 12