Xalq şairi Nəriman Həsənzadənin ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirildiyi bildirilib.
Oxu.Az-ın sorğusuna cavab olaraq Mərkəzi Klinik Xəstəxanadan faktı təsdiqləyiblər.
Qeyd olunub ki, N.Həsənzadə xroniki orqan çatışmazlığı diaqnozu ilə xəstəxanaya qəbul edilib.
"Bu gün saat 19:00-a olan məlumata əsasən, onun vəziyyəti ağır-stabil olaraq qalır", - deyə məlumatda vurğulanır.
Əzizə İsmayılova
Xalq şairi Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Report"a şairin köməkçisi Arif Mehmandost məlumat verib.
Onun sözlərinə görə, Nəriman Həsənzadənin müalicəsi reanimasiyada davam etdilir: "Vəziyyəti ağır-stabil olaraq qalır".