Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
![Nazir müavini: "Bakıda kanat və funikulyorlardan daha çox əyləncə məqsədilə istifadə edilir"](https://images.oxu.az/2025/01/10/0BNZwjZ4Pi23USFryThOC6wczvRsB8T1abgF8amn:1200.webp)
Nazir müavini: "Bakıda kanat və funikulyorlardan daha çox əyləncə məqsədilə istifadə edilir"
"Bakı şəhərində kanat və funikulyorlardan nəqliyyat vasitəsi kimi istifadə olunmasının nəqliyyata hər hansı töhfə verəcəyini düşünmürük".
Oxu.Az xəbər verir ki, bu sözləri "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" mövzusunda keçirilən mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
O bildirib ki, kanat və funikulyorlardan bəzi yerlərdə əyləncə üçün istifadə olunduğunu görürük:
"Əgər relyef uyğundursa, həmin ərazilərdə bunlardan nəqliyyat vasitəsi kimi istifadə oluna bilər. Lakin Bakıda nə qədər eniş-yoxuş var ki, bunlardan istifadə nəqliyyata öz töhfəsini versin? Bakıda onlardan daha çox əyləncə məqsədilə istifadə edilir".
Aygün Mirakif
"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi" teqi üzrə xəbərlər
- Kibertəhlükəsizlik üzrə direktor: "Şəxsi məlumatlarımız "yeraltı dünya"da satışa çıxarılır"
- Azərbaycanda küləyə görə gəmilərə XƏBƏRDARLIQ EDİLDİ
- "TikTok"da "Bakcell" adından DƏLƏDUZLUQ
- Azərbaycanda 2030-cu ilədək məktəb avtobuslarından istifadə təmin olunacaq
- Sərnişin və yük daşımaları üçün "Fərqlənmə nişanı" və "Xüsusi fərqlənmə nişanı"nı AYNA verəcək
Rəylər