“İlkin monitorinqlərin nəticələrinə görə, işğal dövründə Qarabağ bölgəsində 54 min hektar meşə tamamilə məhv edilib”.
Oxu.Az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.
Onun sözlərinə görə, Qarabağın 263,3 min hektarı meşə fondu torpaqlarıdır:
“İşğal dövrünə qədər 228 min hektar yaşıllıqla örtülü olub”.
Nazir müavini qeyd edib ki, ermənilərin törətdikləri ekoloji vandalizmin izlərini tez bir zamanda sağaltmaq mümkün deyil.
İlhamə Əbülfət