"Biz də istəyirik ki, müəllimlərin əməkhaqları artsın".
Oxu.Az xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin bugünkü plenar iclasında "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, sertifikasiyanın məqsədi peşəkarlıq səviyyəsinin müəyyən edilməsi və müəllimlərin əmək haqlarının artmasıdır:
"Əməkhaqqı dərs saatlarına bağlıdır. Kimin dərs saatı çoxdursa, onların əməkhaqları çoxdur. Müəllimlərin ortaaylıq əməkhaqqı təxminən min manata yaxındır. Sertifikasiya prosesi bitəndən sonra biz növbəti mərhələlərdə müəllimlərin əməkhaqlarının artırılmasının digər yollarını düşünürük".
Mərahim Nəsib