Əmək və əhalinin sosial müdafiə nazirinin müavini Mətin Kərimli əhaliyə verilən heyvanlarla bağlı millət vəkillərinin tənqidlərinə münasibət bildirib.
Nazir müavini Oxu.Az-a açıqlamasında bildirib ki, bütün tərəflər çalışmalıdır ki, “Özünüməşğulluq proqramı”ı uğurla icra olunsun:
“Bu, prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən bir sosial layihədir. “Özünüməşğulluq proqramı”nın icrası çərçivəsində proqram iştirakçılarına mal və materialların verilməsi prosesi həmin vətəndaşların biznes-planlarına uyğun şəkildə aparılır. Tərəflər çalışmalıdır ki, bu layihəyə tam uğurla həyata keçirilsin”.
Nazir müavini qeyd edib ki, layihə barədə hər hansı bir fikirlər varsa, onlar həmin fikirlərin konstruktiv dialoq şəkilində həllini tapmasının tərəfdarıdırlar.
İlhamə Əbülfət