Xarkovda saxlanılan azərbaycanlılardan ibarət dəstənin yeni cinayət əməlləri üzə çıxıb.
Oxu.Az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Ukrayna polis idarəsinin Xarkov vilayəti üzrə bölməsi məlumat yayıb.
Məlum olub ki, onlar 2018-ci ilin yayında Zoloçev qəsəbəsində fermerin ailəsi ilə birlikdə yaşadığı evə hücum edərək, oradan 45 min dollar və qızıl-zinət əşyaları oğurlayıblar.
Bundan başqa, qruplaşma 2018-ci ilin payızında Valkovsk rayonunda daha bir fermerin evinə hücum edib. Dəstə üzvləri fermeri döyərək, onu qarət ediblər.
Dəstənin saxlanma görüntüləri yayımlanıb.