Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Paşinyan: Əliyevlə görüşün detallarını açıqlamaq etik deyil
Ermənistan baş naziri Nikol Paşinyan deyib ki, Azərbaycan prezidenti İlham Əliyevlə görüşün bütün detallarını açıqlamaq etik deyil.
Oxu.Az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o, fikirlərini Moskvada keçirdiyi brifinqdə söyləyib.
“Jurnalistlər üçün bizim danışığımızın detallarını öyrənmək çox maraqlıdır, ancaq etik cəhətdən bu, qəbuledilməzdir”, - erməni baş nazir bildirib.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində yanvarın 22-də baş tutub.
Əliyevlə görüşdən sonra Ermənistan baş nazirinin opponentləri Paşinyanı sərt tənqid edərək, onu danışıqların detallarını ictimaiyyətdən gizlətməkdə ittiham ediblər.
Rəylər