Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Paşinyan İlham Əliyevlə görüşdən öncə Ter-Petrosyanla məsləhətləşib
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə Davosdakı görüşdən öncə Levon Ter-Petrosyanla məsləhətləşib.
Oxu.Az xəbər verir ki, bu barədə Yerevan qəzeti “Past” yazır.
Nəşrin məlumatına əsasən, iki ölkənin lideri Davosda təsadüfən görüşməyiblər. Onların görüşü yanvarın 16-da Parisdə Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin dörd saatlıq görüşü zamanı müzakirə olunub.
Qəzet məlumat verir ki, Paşinyan İlham Əliyevlə görüşdən öncə məsləhət almaq üçün Ermənistanın birinci prezidenti ilə telefon əlaqəsi yaradıb.
Xatırladaq ki, yanvarın 22-də İsveçrənin Davos şəhərində Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla saat yarımlıq qeyri-rəsmi görüş keçirib.