Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Paşinyan İlham Əliyevlə görüşündən danışdı - VİDEO
Ermənistan baş naziri Nikol Paşinyan “Facebook” hesabında canlı yayım zamanı Azərbaycan prezidenti İlham Əliyevlə Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində baş tutan görüşün təfərrüatından danışıb və görüşdən sonra bəzi vətəndaşların və ekspertlərin narahatlıqlarına cavab verib.
Oxu.Az xəbər verir ki, Paşinyan İlham Əliyevlə danışıqların konkret detallarını deyil, yalnız hazırkı danışıqlarda tərəflər üçün qəbul edilən və ya qəbul edilməyən yanaşmaları müzakirə etdiyini bildirib.
O deyib ki, görüşün anonsunun verilməməsinə səbəb əvvəlcədən planlaşdırılmaması olub.
Forum sədri iki dövlət başçısına müraciət edərək, onların görüşə qarşı olub-olmadığını dəqiqləşdirib və daha sonra belə bir görüş təşkil edilib.