Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Nazir müdiri işdən çıxardı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının müdiri vəzifəsindən azad edilib.
Oxu.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, nazir Sahil Babayevin müvafiq əmri ilə Müseyib Fayaz oğlu Əliyev vəzifəsindən azad olunub.
Qeyd edək ki, 29 may 2024-cü ildən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə Sadiq Əliyev təyin olunub.
Xatırladaq ki, Müseyib Əliyev 2021-ci ilin sentyabr ayından Dövlət Məşğulluq Agentliyində çalışıb. O, "AtaSığorta" ASC-nin İdarə Heyətinin sədri və "Azərpoçt" MMC-də müxtəlif vəzifələrdə çalışıb.
"Sahil Babayev" teqi üzrə xəbərlər
- Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva DOST Mərkəzini ziyarət ediblər
- Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı
- Ölkəmizdə dördüncü Karyera İnkişaf Forumu keçirilir
- Sahil Babayev: "Azərbaycanda son 6 ildə əmək müqavilələrinin sayı 50% və ya 609 min artıb"
- Leyla Əliyeva əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrini ziyarət edib