Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlandı
Paytaxtın Sabunçu rayonu, Sülh küçəsi, ev 4D ünvanında fəaliyyət göstərən "Bəyaz" şadlıq sarayında yoxlama aparılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, fiziki şəxs Elnarə Seyidəhməd qızı Zahirovaya məxsus müəssisədə yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ tələblərin pozulması faktları müəyyən edilib.
Belə ki, qida təhlükəsizliyi reyestrindən çıxarışı olmadan fəaliyyət göstərən müəssisədə aşkar saxtalaşdırma əlamətləri olan 62 ədəd hər biri 700 ml "Organic" əmtəə nişanlı premium araqlarının satışının həyata keçirildiyi məlum olub. Həmin məhsulların üzərində qanunvericiliyə uyğun olaraq tam, dolğun şəkildə markalanma aparılmayıb.
Uyğunsuzluq aşkarlanan məhsullardan nümunələr götürülüb. Sınaqların aparılması məqsədi ilə laboratoriyaya təqdim edilib.
Faktla bağlı müvafiq tədbirlər görülüb. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən saxta, istifadəyə yararsız məhsulların satışının qarşısı alınaraq dövriyyədən çıxarılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)" teqi üzrə xəbərlər
- Alkoqolsuz içkilərin emalı müəssisəsində yoxlama keçirildi, fəaliyyəti məhdudlaşdırıldı
- İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı
- Azərbaycanda bəzi qənd məhsullarında nöqsanlar aşkarlandı
- Çoxlu sayda məhsulda GMO aşkarlandı: AQTA nəzarət tədbirlərini gücləndirdi
- Azərbaycana beş xarici şirkətin quş əti məhsullarının gətirilməsinə məhdudiyyət QOYULDU
Rəylər