Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu: İfadə verə bilmədi
Ötən il Astara rayonunun kəndlərindən birində törədilmiş qətl hadisəsi ilə bağlı məhkəmə prosesi keçirilib.
Oxu.Az Teleqraf.com-a istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Astara sakini 42 yaşlı Balayar Məmmədov (ad və soyadlar şərtidir-red.) Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib.
Araşdırmalarla müəyyən edilib ki, Balayarın arvadı qonşuluqda yaşayan 57 yaşlı qohumu ilə sevgi münasibətində olub.
Balayar arvadının gizli telefon işlətməsini və həmin telefonda qonşusu Nadirlə intim fotolarının olmasını görəndən sonra arvadını boşayıb.
Bundan bir neçə ay sonra Balayar ailəsinin dağılmasına səbəb olan qonşunu qətlə yetirmək qərarına gəlib və evdən tüfəng götürərək gecə saatlarında qonşuluqdakı evə daxil olub. O, atəş açaraq Nadiri qətlə yetirib.
Daha sonra isə Balayar özünün ağız nahiyəsinə atəş açıb. Lakin ağır xəsarət alsa da, sağ qalıb. O, danışıq qabiliyyətini tamamilə itirib.
İstintaq dövründə və məhkəmədə Balayar danışıq qabiliyyətini tam itirdiyi üçün şifahi ifadə verə bilməyib.
Məhkəmə onun himayəsində 4 azyaşlı uşağının olmasını, nitq qabiliyyətini itirməsini yüngülləşdirici hal kimi dəyərləndirib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ötən həftə çıxardığı hökmlə təqsirləndirilən şəxs 9 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
"Lənkəran Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Füzuli peşə məktəbinin həbsdə olan sabiq direktoru azadlığa buraxıldı
- Ağcabədidə yeddi yaşlı bacısı oğlunu ağacla döyüb öldürən çobana AĞIR CƏZA
- Lənkəranın sabiq baş memarına daha bir cinayət əməlinə görə hökm oxunub
- Rüşvət alan xəstəxana rəhbəri və həkimə şərti cəza verildi
- Sevgilisini öldürdükdən sonra fotosunu sosial şəbəkədə paylaşdı - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
Rəylər