"Beynəlxalq qiymətləndirmələrdə iştirak təhsil sistemində inkişafın obyektiv və beynəlxalq səviyyədə qəbul edilmiş meyarlarla ölçülməsi deməkdir".
Oxu.Az xəbər verir ki, bunu PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatına həsr olunmuş tədbirdə elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, beynəlxalq qiymətləndirmələrdə iştirak ölkənin təhsil sisteminin vəziyyətini beynəlxalq meyar və standartlarla müqayisə etməyə, təhsil siyasətinin düzgün və effektiv aparılması üçün əsaslardan yararlanmağa imkan verir:
"Beynəlxalq qiymətləndirmələr ölkənin təhsil göstəricilərinin inkişaf dinamikasını dövri olaraq izləməyə şərait yaradır. Eyni zamanda, təhsil istiqamətində beynəlxalq əməkdaşlığın və müsbət təcrübənin öyrənilməsi baxımından da əhəmiyyətlidir".