Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Nazirdən Qarabağdakı məktəblərlə bağlı AÇIQLAMA
"İşğaldan azad olunmuş ərazilərdə bir neçə məktəbin açılışı planlaşdırılır".
Modern.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, Şuşada 1 nömrəli məktəb və Xankəndidə tarixən azərbaycandilli məktəb olan Nizami Gəncəvi adına 4 nömrəli məktəb, o cümlədən Xocalı şəhərində, Sus və digər kəndlərimizdə də artıq tədrisə hazırlıq prosesi tam başa çatıb:
"Bu məktəblərimizin hər birində bir neçə yüz şagirdin olmasını gözləyirik. Artıq Füzuli, Laçın, Cəbrayıl şəhərlərində məktəblərimizin açılması planlaşdırılır. Coğrafiyamız kifayət qədər genişlənir", - nazir AzTV-yə müsahibəsində qeyd edib.
Nazir bildirib ki, Qarabağda builki şagird sayı minlərlə ölçüləcək:
"Kəlbəcər şəhərindəki məktəbimiz fərqli model üzərində qurulur. Burada uşaq bağçası, məktəbəqədər təhsil, və məktəb bölmələrini özündə birləşdirəcək kompleks dövlət başçımız tərəfindən Kəlbəcər sakinlərinə çox böyük hədiyyə olacaq. Qarabağ Universitetində də bütün hazırlıq prosesi bitib, 1200 nəfər tələbə və 150 nəfər müəllim və heyətlə builki tədrisə başlamağı planlaşdırırıq".
"Emin Əmrullayev" teqi üzrə xəbərlər
- Bir neçə fənn üzrə təkmilləşdirilmiş təhsil proqramları təsdiqlənib
- Bakı Slavyan Universitetinə yeni prorektor TƏYİNATI
- Nazir yeni tədris ili üzrə I sinfə şagird qəbulunun aparılması barədə əmr imzalayıb
- "Məktəbli avtobusu" nə vaxtdan fəaliyyətə başlayacaq? - RƏSMİ
- Xankəndidə "Heydər Əliyev və suveren Azərbaycan" mövzusunda konfrans keçirilib