Nazirlər Kabinetinin qərarı ilə bul Ramazan bayramı ilə əlaqədar iki gün iş günü olmayacaq.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, baş nazir Artur Rasizadənin imzaladığı qərarda 8, 9 avqust tarixlərinin Ramazan bayramına təsadüf etdiyi üçün qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmədiyi bildirilir.
Qeyd edək ki, bul Ramazan bayramının təsadüf etdiyi 8, 9 avqust tarixləri həftənin 4-cü və 5-ci günlərinə düşür.