Türkiyə prezidenti Abdulla Gülün Azərbaycana gələcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, prezident ölkəmizə avqustun 15-də gələcək.
Səfərdə məqsəd Azərbaycanda keçiriləcək türkdilli ölkələrin sammitində iştirak etməkdir. İki gün davam edəcək səfər çərçivəsində Türkiyənin dövlət başçısının bir sıra rəsmi görüşləri nəzərdə tutulur.
Abdullah Gülü səfərdə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu müşayiət edəcək.