İyulun 18-də abituriyent valideyni Bakıda Tələbə Qəbulu Komissiyasının (TQDK) binasına zəncirləyib.
Oxu.Az musavat.com-a istinadən xəbər verir ki, Göyçay rayonundan gələn ad və soyadının dəqiqləşdirmədiyi valideyn III qrupa imtahan verən oğlunun nəzarətçilər tərəfindən haqsız yerə imtahan zalından kənarlaşdırıldığını söyləyib.
Qadının özünü zəncirləməsi ilə əraziyə polis çağrılıb. Maşınla yoldan keçənlər qadının bu etiraz aksiyasının maraqla izləyiblər.
Əraziyə gələn polis çəkiliş aparmağa mane olub. TQDK binasına zəncirlənən qadına polis müdaxilə edib və zənciri açaraq onu ərazidən uzaqlaşdırıblar.