Fövqəladə Hallar Nazirliyi (FHN) iyulun 7-8-də Bakıda və Abşeron yarımadasında gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, güclü külək səbəbindən həmin günlərdə dənizə girmək ciddi təhlükə yaradır.
FHN vətəndaşları təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağıraraq, qaydalara laqeyd yanaşmanın insan həyatı üçün ciddi təhlükə yaratdığını vurğulayıb.
Qurum, həmçinin təhlükə ilə üzləşən şəxslərin dərhal FHN-in "112" qaynar xəttinə zəng etmələrini tövsiyə edib.