Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları martın 1-dən 15-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb.
Bu barədə Oxu.Az-a Nazirlikdən məlumat verilib.
“Ümumilikdə, 34 iş üzrə 47 150 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 24 iş üzrə 1 626.5 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 396 iş üzrə 68890.8 manat məbləğində ödəmə tətbiq edilib.
Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 17, icra qurumlarına 21, məhkəmələrə isə 5 iş göndərilib” - nazirliyin məlumatında deyilir.
www.oxu.az