Martın 23-dən 27-dək Monteneqronun Budva şəhərində 2015-ci il üzrə hərbi əməkdaşlığın əlaqələndirilməsi mövzusunda işçi görüşü, Türkiyənin Ankara şəhərində strateji rabitə mövzusunda kurs keçiriləcək.
Oxu.Az Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.