Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş, tibbi və sosial yardıma ehtiyac duyan 2830 nəfər şəxsi birdəfəlik pul müavinəti ilə təmin edib.
Oxu.Az-a bu barədə nazirlikdən bildirilib.
Nazirliyin məlumatına görə, həmin şəxslərin hər birinə minimum əmək haqqının 4 misli məbləğində, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti verilib.
ƏƏSMN-nin məlumatına görə, 2015-ci ilin I yarısında cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad ediləcək 45 nəfər şəxs, o cümlədən 29 nəfər üçün kompyuter istifadəçisi, 16 nəfər üçün isə mebel quraşdırıcısı peşəsi üzrə peşə hazırlığı kursları təşkil olunub.
Ülviyyə R. Əli
www.oxu.az