İctimai nəqliyyatda tariflərin qaldırılması ilə bağlı Tarif Şurasına müraciət olunub və hazırda müzakirələr aparılır.
Gün.Az xəbər verir ki, bu barədə jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.
O qiymətlərin konkret nə qədər qaldırılacağı ilə bağlı müraciətdə qeyd oldunduğunu bildirib.
Nazir müavini lakin hələ ki, ictimaiyyətə açıqlanmadığını deyib.
Onun sözlərinə görə çox cüzi miqdarda qalxacaq. Hətta 30 qəpik belə olmayacaq.
“Hazırda Tarif Şurasında tariflərin qaldırılması ilə bağlı onların və bizim mütəxəssislərinm birgə müzakirəsi aparılır. Bütün aspektlər müzakirə olunduqdan, yoxlanıldıqdan sonra qərar veriləcək”.
www.gun.az
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin