Mayın 5-dək Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 3-4 dərəcə çox olacaq.
Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.
Onun sözlərinə görə, bazar gününədək Bakı və Abşeronda havanın temperaturu 20-26 dərəcə təşkil edəcək.
Məlumata əsasən, belə hava may ayı üçün səciyyəvidir və heç bir anomallıq yoxdur.
Tarixdə Bakı və Abşeron yarımadasında mayın ilk günlərində ən isti hava 1972-ci ildə qeydə alınıb. O zaman Bakıda havanın temperaturu 31 dərəcə təşkil edib ki, bu da may ayı üçün anomaldır, Verdiyev deyib.
Baş hidroloq həmçinin qeyd edib ki, dünənki temperatur iqlim normasından 3 dərəcə yüksək olub.
Qeyd edək ki, bu gün ölkənin bəzi yerlərində havanın temperaturu 33 dərəcəyə çatacaq.
www.day.az
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin