“Su anbarına yığılan ehtiyat imkan verəcək ki, yay fəslində su təminatı ilə bağlı problem qeydə alınmasın”.
Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov nazirlikdə ictimai yerlərdə su sızıntılarının xəbər verilməsi üzrə mobil proqram təminatı olan Hydro Heroes (Hidro Qəhrəmanlar) tətbiqinin təqdimatı keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, su anbarında keçən illə müqayisədə kifayət qədər su ehtiyatı yığılıb:
“Nəzərə alsaq ki, hazırda gursululuq dövrüdür və tranzit yolla Kürə kifayət qədər su yığılıb. Artıq və icazəsiz qoşulma halları da demək olar ki, aradan qaldırılır”.
O qeyd edib ki, Mingəçevir su anbarında ehtiyatla bağlı rejim müəyyən olunub və hər kubmetrə nəzarət olunur.
Nazirlik rəsmisi əlavə edib ki, bu gün Bakı şəhəri üzrə su sızmaları ilə bağlı kifayət qədər problemlər mövcuddur:
“Problemlərin aradan qaldırılması istiqamətində işləri Azərsu ASC-yə icra edir”.
İlhamə Əbülfət