Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Nazirlik rəsmisi sosial yardımla bağlı müraciətlərə haqsız yerə imtina verilməsinə münasibət bildirdi
“Heç kimə haqsız yerə ünvanlı dövlət sosial yardım təyinatı üçün imtina verilmir.”
Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov bildirib.
Onun sözlərinə görə, vətəndaşların belə bir faktlar varsa, DSMF-ə müraciət etsinlər:
“Həmin şəxslərin məsələsi araşdırılacaq. Bəzən vətəndaş bu cür məsələləri qaldırır, onlarla təmasa keçdikdə fakt təqdim etmir”.
İlhamə Əbülfət
Ən çox oxunanlar
Rəylər