Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Nazirlik: Sürüşmə ərazisində dəyişiklik qeydə alınmayıb - YENİLƏNİB
Hazırda Badamdar 20-ci sahədə baş verən sürüşmə zonasında uçqunlar müşahidə edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Oxu.Az-a verilən məlumata görə sürüşmə zonasında saat 21:00-a olan monitoriqin nəticələrinə əsasən gərginlik qalmaqdadır. Sürüşmə kütləsi üzərində ciddi dəyişiklik baş verməyib. Ara-sıra uçqunlar müşahidə edilir.
18:47
Badamdar 20-ci sahədə baş verən sürüşmə zonasında uçqunlar yaranıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Oxu.Az-a verilən məlumata görə, sürüşmə zonasında saat 18:00-a olan məlumata görə gərginlik davam edir:
“Sürüşmə kütləsi üzərində qismən dəyişiklik baş verib. Sürüşmə kütləsi üzərində asılı vəziyyət də olan torpaq kütlələrində xırda uçqunlar baş verir”.
12:07
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahdan bildirildiyinə əsasən, Badamdar - 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində müşahidələr sutka ərzində davam etdirilib.
Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, son 12 saat ərzində sürüşmə kütləsi üzərində vizual müşahidə edilə bilən dəyişikliklər qeydə alınmayıb.
İlhamə Əbülfət
Rəylər