Səbail rayonu, Badamdar qəsəbəsi Badamdar şosesində (Badamdar-20-ci sahəni birləşdirən yol) kəskin maili dağ yamacında sürüşmə baş verib.
Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.
“Böyük bir ərazini əhatə edir. Sürüşmə torpaq qatının eni 200-250 metrdir. İstinad divarının bir hissəsi tamamilə çöküb, uçub. Sürüşmə qatının hündürlüyü 20 metrdən artıqdır”, - deyə o bildirib.
Əziz Qaralov qeyd edib ki, torpaq kütləsi magistral yola çatıb:
“Ən son məlumata görə, sürüşmənin dinamikasında aktivlik dayanmayıb. İstinad divarından aşağıda sürüşmə kütləsinin hərəkəti davam edir. Ərazidə yaşayan sakinlərə xəbərdarlıq edilib”.
Badamdarda sürüşmə davam edir - SON VƏZİYYƏT + VİDEO
İlhamə Əbülfət
www.oxu.az
Rəylər