12 
Okt
2018
21:24
53
339
11689
Virtual karabakh

Badamdarda sürüşmə: sakinlərə xəbərdarlıq edildi - YENİLƏNİB

12 Okt, 2018
21:24
11689

Badamdarda sürüşmə: sakinlərə xəbərdarlıq edildi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sürüşmə zonasında aktivlik yaranıb. 

Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib. 

Onun sözlərinə görə, sürüşmənin dinamikasında aktivlik davam edir:

“Nazirliyin mütəxəssisləri sürüşmə zonasında növbəli rejimdə çalışır. Hər saatdan bir ərazidə müşahidələr aparılır”.

13.35

Badamdar şossesində sürüşmə zonasında aktivlik müşahidə olunub.

Səbail rayon İcra Hakimiyyətindən Oxu.Az-a verilən məlumata görə, 2018-ci il oktyabr ayının 12-də, gecə saatlarında Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) kəskin maili dağ yamacında, əvvələr tikilmiş istinad divarının yaxınlığında torpaq qatının çökməsi halı qeydə alınıb.

Məsələ ilə əlaqədar hazırda Fövqəladə Hallar Komissiyası, Səbail Rayon İcra Hakimiyyəti və Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbərliyi, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər Hazirliyinin mütəxəssisləri hadisə yerindədir. Müvafiq qurumların mütəxəssisləri tərəfindən ərazidə araşdırmalar aparılır. 

Vətəndaşların və Badamdar yolundan keçən nəqliyyat vasitələrinin təhlükəsizliyinin təminatı üçün müvəqqəti olaraq Badamdar şossesinin bu əraziyə düşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Əraziyə yaxın obyeklərini fəaliyyəti dayandırılıb, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində dağ yamacının üst hissəsində yerləşən səkkiz fərdi yaşayış evlərində yaşayan vətəndaşlar müvəqqəti olaraq evlərini tərk etmələri ilə bağlı xəbərdarlıq edilib. 

Hazırda ərazıdə araşdırmalar aparılır.

11:39

Bakıda Bayıl yamacında sürüşmə baş verib.  

Bu barədə Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Onun sözlərinə görə, hazırda sürüşmə olan əraziyə baxış keçirilir:

“Sürüşmə Bayıl yamacı deyilən ərazisində baş verib. Hazırda dövlət nümayəndələri də əraziyə gəlib, baxış keçirilir”.

İlhamə Əbülfət
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri