“Azərbaycanda bu gün müşahidə olunan hava şəraiti sabah da davam edəcək”.
Oxu.Az-ın xəbərinə görə, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.
O bildirib ki, fevral ayının 6 və 7-də ölkə ərazisində hava şəraiti sabit keçəcək: “Hazırda müşahidə olunan sabit hava şəraiti bu gün və sabah da davam edəcək. Hava şəraitinin günəşli və əsasən yağmursuz olacağı gözlənilir”.
Н.О.