Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində gözlənilən hava şəraiti bağlı xəbərdarlıq edib.
Nazirlikdən Oxu.Az-a verilən məlumata əsasən, iyulun 16-sı gündüzdən ikinci ongünlüyün sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir.
Havanın temperaturu tədricən 4-8 dərəcə aşağı enəcək.