Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Nazirlikdən hava xəbərdarlığı - Vİdeo
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycan ərazisində gözlənilən əlverişsiz hava şəraiti ilə bağlı ilkin xəbərdarlıq yayıb.
Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, yanvar ayının son günlərində ölkə ərazisində arabir yağıntılı hava şəraitinin davam edəcəyi, yanvarın 28-29-da bəzi dağlıq və dağətəyi rayonlarda, yanvarın 30-31-də isə əksər rayonlarda qar yağacağı gözlənilir.
Yanvarın 28-29-da Bakı və Abşeron yarımadasında havanın temperaturunun 2-4 dərəcə isti, yanvarın 30-da 0 dərəcəyə yaxın, yanvarın 31-də isə minimal temperaturun 2-4 dərəcə şaxta olacağı, şimal küləyinin arabir güclənəcəyi, bəzi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.