Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Nazirlikdən yanğında xəsarət alanlarla bağlı - AÇIQLAMA
Bakının Nərimanov rayonunda yerləşən yataqxanada baş verən yanğın zamanı təcili yardım xidmətinə 22 müraciət daxil olub.
Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
“Səkkiz nəfərə yerində yardım edilib. 14 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Onlardan beş nəfər hospitalizasiya edilib və vəziyyətləri orta ağır qiymətləndirilir.
Digərləri ambulator qaydada ilkin yardım göstərildikdən sonra evə buraxılıblar. İki nəfər isə tibbi yardım xidməti çatana qədər hadisə yerində ölüb”, - məlumada qeyd olunub.
Nazirlikdən yanğında xəsarət alanlarla bağlı - AÇIQLAMA
İlhamə Əbülfət
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər